"Borussiya" Avropanın varlı klubuna çevrilir
Almaniyanın "Borussiya" (Dortmund) klubu bu ilin hesablamalarına əsasən 53.3 milyon avro qazanıb.

Bir neçə mövsüm öncə "Bavariya"dan borc almaq məcburiyyətində qalan Dortmund təmsilçisi son illərdəki uğurları ilə maliyyə cəhətdən Avropanın ən varlı klublarından birinə çevrilib.

"Borussiya"nın bu il əldə etdiyi gəlir isə ötən mövsümkündən 55.4 faiz çoxdur. Sadəcə Çempionlar Liqasından 70 milyon avro qazanan klub Mario Qötze transfer ilə də əlavə 51.6 milyon avro gəlir əldə edib.

Xəbər 988 dəfə oxundu.