Böyükağa Hacıyev "Neftçi"nin baş məşqçisi oldu

Dünən "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirilib. İdman.com.az saytının məlumatına görə, yığıncaqda məşqçilər korpusuna yeni təyinatlar təsdiqlənib. Belə ki, bundan sonra komandanın baş məşqçisi vəzifəsini Böyükağa Hacıyev yerinə yetirəcək. Klubun direktoru Güloğlan Cabbarov, baş məşqçinin köməkçisi Tərlan Əhmədov, seleksiyaçı-məşqçi Kamal Quliyev olacaq.
Bəxtiyar Musayev əvvəl olduğu kimi, yenə də baş məşqçinin seleksiya üzrə köməkçisi, Məhməd Ağ fiziki hazırlıq üzrə məşqçi, Neboyşa Manoyloviç isə qapıçılar üzrə məşqçi vəzifəsini icra edəcək.

Xəbər 1076 dəfə oxundu.