Məşhur futbolçu karyerasını bitirir
Mövsümün əvvəlində "Vest Bromviç"ə transfer olan Nikolas Anelka maraqlı qərar verib.

34 yaşlı hücumçu klubun son hazırlığında məşqçilər heyəti ilə danışaraq futboldan getmək istədiyin açıqlayıb.

Anelkanın qısa müddət ərzində bu barədə rəsmi açıqlama verəcəyi bildirilib.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü karyerası ərzində "Arsenal", "Real", "Çelsi", "Liverpul", PSJ, "Mançester Siti, "Liverpul", "Yuventus", "Fənərbaxça" kimi klublarda forma geyib.

Xəbər 999 dəfə oxundu.