"Araz" Türkiyə klubları ilə qarşılaşacaq
Məqşlərini gündə 2 dəfə İ.Axundlu adına Naxçıvan şəhər stadionunda davam etdirən “Araz” gələn həftə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.

“Ərzurumspor” klubunun idman bazasında baş tutacaq toplanışda komanda 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb. Avqustun 27-də yerli “Ərzurumspor”la qarşılaşacaq “Araz” 2 gün sonra “Çaykur Rizespor”la görüşəcək. 10 günlük Ərzurum hazırlığının ardından “Araz” Naxçıvana geri dönərək məşqlərini yerli arenada bərpa edəcək.

Xəbər 909 dəfə oxundu.