Millinin 20 futbolçusu danışılmış oyunlarda iştirak edib
Salvadorda danışılmış oyunlarda adları hallanan 22 futbolçu diskvalifikasiya olunub.

Onlardan demək olar ki, hamısı indi və ya əvvəllər ölkə yığmasında çıxış edib.

Bu oyunçular futboldan 30 günədək uzaqlaşdırılıblar. Cəzalananlar arasında Ramon Sançes, Osael Romero, Gliseo Kintanilya, Dennis Alyas, Alfredo Paçeko və Marvin Qonsales də var. Onların hər biri millidə 50-dən çox matça çıxıb. Diskvalifikasiyalılardan yalnız 2-si heç vaxt yığmada çıxış etməyib.

Oyunçulardan çoxu Salvador klublarında çıxış edir. Yalnız Ramon Sançes Qazaxıstan “Vostok”u və Viktor Tursios Finlandiya “RoPs”unun şərəfini qoruyur.

Lent.az

Xəbər 942 dəfə oxundu.