Terim Türkiyə millisini pulsuz çalışdıracaq
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə millisini çalışdırması ilə bağlı rəsmi müqavilə imzalayıb.

Müqaviləyə əsasən təcrübəli mütəxəssis mövsümün sonuna qədər həm İstanbul klubunu, həm də millini çalışdıracaq.

İmzalanma mərasimində ilk olaraq fikirlərini bildirən Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən "Qalatasaray"a və baş məşqçiyə təşəkkürünü bildirib.

O qeyd edib ki, Terim millini çalışdırmasının qarşılığında heç bir pul istəmir: "Hər işin bir qarşılığı var. Ancaq baş məşqçimiz bu qərarında israrlıdır".

Terim isə millini layiq olduğu yerə gətirmək üçün çalışacağını deyib: "Ölkəmiz türk futbolu ətrafında birləşməlidir. Mən yığmada yeni deyiləm. Əksinə ən təcrübəlilərdən biriyəm. Son saniyəyə qədər dünya çempionatı üçün çalışacağıq. Türk futbolu üçün xeyirli olsun".

Xəbər 904 dəfə oxundu.