"Qalatasaray"ın futbolçusu rəsmən Premyer Liqada
"Qalatasaray"ın futbolçusu Yohan Elmander karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

İstanbul klubu isveçli hücumçunu bir illiyə "Norviç Siti"yə icarəyə verib. Bu barədə İngiltərə klubun rəsmi saytı məlumat yayıb.

Elmander "Norviç Siti"yə transfer olduğu üçün sevindiyini deyib.

Xatırladaq ki, o, "Qalatasaray" forması ilə çıxdığı 52 matçda 16 qol vurub.

Qeyd edək ki, "Qalatasaray" yeni legioner limitinə görə futbolçunu icarəyə verməyə məcbur olub.

Xəbər 844 dəfə oxundu.