Dünya çempionatının biletləri satışa çıxarıldı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının final mərhələsi üçün birinci mərhələhə təxminən bir milyon bilet satışa çıxarılıb.

İdman.com.az-ın FİFA-nın saytına istinadən verdiyi məlumata görə, azarkeşlər gələn ilin 12 iyun-13 iyul tarixlərində keçirələcək turnirin biletlərini internet vasitəsi ilə ala biləcəklər.

Ümumlikdə satışa çıxarılacaq 3.3 milyon biletin qiyməti ilk tur matçları ilə pley-off oyunlarına uyğun olaraq 90-990 dollar arasında dəyişəcək.

60 yaşdan yuxarı insanlar, tələbələr və sosial yardım alanlar üçün stadionun ön hissələri üçün ayrılan 300 min bilet isə 23 dollardan satılacaq.

Xəbər 1008 dəfə oxundu.