“Qalatasaray” Ardadan rəsmən imtina etdi
"Qalatasaray"ın sabiq futbolçusu Arda Turanı yenidən komandaya gətirmək istəyi baş tutmayıb.

Bu barədə jurnalistlərə İstanbul klubun prezidenti Ünal Aysal bildirib. O, türk yarımmüdafiəçinin transferindən imtina etdiklərini deyib: "Ardanın "Atletiko"dan (Madrid) ayrılıb bizə gəlməsi üçün çox çalışdıq. Onu geri qaytarmağı çox istədik. Ancaq bu, alınmadı və Arda transferi məsələsi bağlandı".

Son zaman klubdan ayrılacağı iddia edilən Burak Yılmaz haqda da danışan Ü.Aysal hücumçunun heç bir yerə getməcəyini bildirib.

Xəbər 857 dəfə oxundu.