Mourinyonun B və C planı
İngiltərənin "Çelsi" klubu uzun müddətdir transfer etmək istədiyi, ancaq ala bilmədiyi "Mançester Yunayted"in futbolçusu Ueyn Runiyə əvəzləyici tapıb.

Klubun baş məşqçisi Joze Mourinyo ingilis hücumçunu komandaya gətirə bilməyəcəkləri təqdridə B və C planlarından birini həyata keçirəcəklərini deyib. Ancaq o, bu futbolçuların adlarını deməyib: "Həmin oyunçuların adlarını məndən soruşmayın. Çünki klublarını çətin vəziyyətdə qoymaq istəmərəm".

Qeyd edək ki, Mourinyo ad çəkməsə də, İngiltərə mediası söhbətin "Borussiya"dan (Dortmund) Robert Levandovski və "Anji"dən Samuel Eto’odan getdiyini iddia edib.

Xəbər 1312 dəfə oxundu.