Fatih Terim TFF ilə danışıqlara başlayacaq
"Qalatasaray" klubu baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən milliyə dəvət olunmasını rəsmən açıqlayıb.

Klub rəsmi saytında verdiyi açıqlamada TFF-nin prezidenti Yıldrım Demirörenin Abdulla Avcının istefasından sonra İstanbul təmsilçisinin prezidenti Ünal Aysala zəng edərək Terimlə danışıqlara başlanılması üçün icazə istədiyini bildirib.

"Qalatasaray" isə bu danışıqların başlanılmasına razılıq verib.

Xəbər 917 dəfə oxundu.