“Land of fire Azerbaijan”lı “Atletiko” “Barselona”ya qarşı
Sabah İspaniya Superkubokunun qalibi məlum olacaq.

Fəxri mükafat uğrunda Azərbaycanın sponsoru olduğu, son Kral Kubokunun qalibi Madridin “Atletiko” klubu ilə ölkə çempionu “Barselona” üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 02:00-da start götürəcək.

Qeyd edək ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya Superkubokunu qazanıb. Kataloniyalılar isə buna qədər 9 dəfə bu mükafatın sahibi olublar.

22 avqust

İspaniya Superkuboku

02:00. “Atletiko” (Madrid) – “Barselona”

Xəbər 986 dəfə oxundu.