Venger: "Tək hədəfimiz "Fənərbaxça"ya qalib gəlməkdir"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının "pley-off" mərhələsində "Fənərbaxça" ilə ilk oyun öncəsi açıqlamalar verib.

Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis İstanbul klubu ilə hər iki matçın onlar üçün önəmli olduğunu deyib: "Fənərbaxça" ilə oyunlar mövsümün ən önəmli qarşılaşmaları olacaq. Ötən mövsüm Premyer Liqada ilk dördlüyə düşmək üçün çox çalışdıq. Buna görə də bu oyunlar çox vacibdir. Qalib gələrək "Aston Villa"ya məğlubiyyəti unutmalıyıq. Getdiyimiz hər yerdə qazanmaq istəyirik. Tək hədəfimiz budur".

Venger rəqibə hörmət etdiklərini bildirsə də, qalib gələcəklərinə inandığını bildirib.

Xəbər 927 dəfə oxundu.