"Fənərbağça" ilə oyun öncəsi "Arsenal"da daha bir şok itki
“Arsenal”ın yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn tibbi müayinədən keçib. “Aston Villa” ilə oyunda zədələnən gənc futbolçu azı 4 aylığa sıradan çıxıb. Bu barədə Daily Mail məlumat yayıb.

Çemberleynin dizaltı bağları zədələnib. Qeyd edək ki, hazırda London klubunda zədəli futbolçuların sayı onsuz da çox idi.

Xəbər 890 dəfə oxundu.