“Arsenal” “Barselona”nın futbolçusunu almaq istəyir
Bu yay yalnız bir transfer etdiyi üçün tənqid edilən "Arsenal" klubu "Barselona"nın oyunçusu komandaya gətirməyə hazırlaşır.

London klubu 22 yaşlı futbolçu Kristian Tello ilə danışıqlara başlayıb. Transferlər etmədiyi üçün azarkeşlərin tənqid hədəfinə çevrilən baş məşqçi Arsen Venger ispan hücumçunun heyətə gətirməklə yenidən onların etimadını qazanmaq niyyətindədir.

"Arsenal"ın yaxın günlərdə futbolçu üçün Kataloniya klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, İngiltərə təmsilçisi mövsümlərarası fasilədə ancaq Yaya Sanoqonu transfer edib.

Xəbər 867 dəfə oxundu.