Türkiyə Superliqasında ilk turun oyunları başa çatıb
Türkiyə Superliqasında ilk turun oyunları başa çatıb. Millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" səfərdə "Kayserispor"un qonağı olub. Matç Kayseri klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Sivasspor"un baş məşqçisi Roberto Karlos bu oyunda millimizin hücumçusuna şans tanımayıb. Özkara görüşü əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Xəbər 880 dəfə oxundu.