Fatih Terim yenidən millinin baş məşqçisi ola bilər
Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın baş məşqçisi Fatih Terimə təklif göndərməyə hazırlaşır.

Təcrübəli mütəxəssisə bu mövsüm həm "Qalatasaray", həm də milli komandanı çalışdırmağa icazə veriləcək bir təklif göndəriləcək.

Ancaq TFF mövsüm başa çatdıqdan sonra Terimin yalnız milli komandanı çalışdırmasını istəyəcək. Bu təklifin yaxın 48 saat ərzində baş məşqçiyə göndəriləcəyi iddia edilir.

Xəbər 865 dəfə oxundu.