"Fənərbaxça" - "Arsenal" oyununun hakimləri müəyyənləşdi
Çempionlar Liqasının pley-off mərhələsində "Fənərbaxça" - "Arsenal" oyununun baş hakimi müəyyənləşib.

Avqustun 21-i "Şükrü Saracaoğlu" stadionunda baş tutacaq qarşılaşmanı italiyalı hakim Canluka Rokki idarə edəcək. Ona Elenito di Liberatore, Canluka Kariolato, Alessandro Qallatini kömək edəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Arsenal" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 915 dəfə oxundu.