GDÇ-2013 son gün: sərbəst güləşçilərimiz Dünya ikincisidir
Bolqarıstanın Sofiya şəhərində keçirilən gənclərin Dünya çempionatı başa çatıb. Çempionatın son iki günündə mübarizə aparan sərbəst güləş yığmamız 1 qızıl və 4 bürünc medal qazanıb.

İran yığmasının 84 kq çəkili güləşçisi Alireza Mohammad Karimimaçiani yarımfinalda İsrail təmsilçisi ilə görüşə çıxmadığına görə FİLA tərəfindən yarışlardan kənarlaşdırılıb və İran yığmasının aktivindən 6 xal silinib. Xallarının sayı 46-ya düşən İran yığması komanda hesabında üçüncü pilləyə geriləyib.

Azərbaycan yığması isə, 49 xalla ikinci yerə yüksəlib. Birinci yeri 62 xalla Rusiya güləşçiləri tutub.

Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı başa çatıb. Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz 3 bürünc medal qazanıb.

Qeyd edək ki, sərbəst gülәşçilәrimiz dünya çempionatında ümumilikdə 1 qızıl vә 4 bürünc medal qazanıb. Komanda hesabında 49 xal toplayan gülәşçilәrimiz dünya üçüncüsü olub. İlk iki yeri Rusiya vә İran komandaları tutub.

55 kq
Ruslan Surxayev 1/8 finalda koreyalı Guk Hyeon Kimdən üstün olub (9:2). Növbəti mərhələdə güləşçimiz iranlı Yunus Firuz Sarmastidizaji ilə gərgin keçən qarşılaşmadan məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi güləşçimizə medal yolu açıb. Әvvәlcә polşalı Tomasz Oqonovskini məğlub etsә dә, erməni Artak Hovhannisyanla həlledici görüşdə uduzub.

66 kq
1/16 finaldan mübarizəyə qoşulan Hacımurad Ömərov monqol Temuujin Erdenebata heç bir şans verməyib (7:0). Daha sonra hindistanlı Dineş Kumarla görüşdən (6:2) qalib ayrılan güləşçimiz 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib qazax Daniyar Kaysanovu (12:2) məğlub edən Hacımurad Ömərov yarımfinala yüksəlib. Final yolunda Türkiyə güləşçisi Selahattin Kılıçsallayan güləçimizə mane olub. Hacımurad bürünc medal uğrunda görüşdә bolqar Şamil Kurakaevi (8:1) mәğlub edәrәk bürünc medal qazanıb.

84 kq
Məhəmməd Abdulxaliqov 1/16 finalda avstriyalı Dominik Peteri (7:1) məğlub edib. 1/8 finalda güləşçimiz hindistanlı Ajit Attarı tam üstünlüklə (9:0) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Məhəmməd Abdulxaliqov rusiyalı Vladislav Valievlə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşə çıxıb. Bolqar Miroslav Nikolaev Milkovla görüşdən (6:0) qәlәbә ilә ayrılan gülәşçimiz bürünc medal görüşündə belaruslu Aleksandr Huştini (4:1) məğlub edib vә dünya üçüncüsü olub.

120 kq
Əli Maqomedabirov 1/8 finaldan mübarizəyə başlayıb və bolqar Dilyaver Zaid üzərində inamlı qələbə qazanıb (7:0). 1/4 finalda hindistanlı Surjet Surjetə də heç bir şans verməyən (8:0) Əli yarımfinala yüksəlib. Yarımfinalda iranlı Abdullah Farzani Ghomi Avili üstün olub. Əli Maqomedabirov bürünc medal uğrunda görüşdə koreyalı Ji Youn Kimi (7:0) məğlub edib, dünya üçüncüsü olub.

Xəbər 1187 dəfə oxundu.