"Sumqayıt"da yeni baş məşqçi
Sumqayıt" klubunda yeni təyinat baş tutub. Respublikanın əməkdar məşqçisi, uzun illərdi Sumqayıtda uşaq futbolunda çalışan Ağamusa Bağırov "Sumqayıt"ın əvəzedici komandasına məşqçi təyin olunub.
O, baş məşqçi Vaqif Paşayevə kömək edəcək.

Qeyd edək ki, Bağırova qədər bu posta Mübariz Orucov çalışırdı. Lakin Aqil Məmmədov əsas komandaya baş məşqçi təyin olununca, o da Məmmədovun köməkçisi postuna keçmişdi.

Xəbər 878 dəfə oxundu.