Qarabağ polşalının əmrində
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində keçiriləcəyi oyunların hakimləri müəyyənləşib. Komandanın “Ayntraxt”la Bakıdakı matçını polşalı Şimon Marçinyak idarə edəcək. tapşırılıb. Marçinyak ötən il sentyabrın 11-də millimizin Portuqaliya ilə DÇ-2014-ün seçmə mərhələsindəki qarşılaşmanın da hakimi olub. Həmin matçda yığmamız 0:3 hesabı ilə uduzub. “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:00-da başlayacaq.

Avqustun 29-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək cavab qarşılaşmasını isə portuqaliyalı Duarte Qomes idarə edəcək. Portuqaliyalı 2006-cı il oktyabrın 27-də U-19-ların Azərbaycan – Ermənistan oyununu idarə edib.

Həmin vaxt millimiz 2:1 hesabı ilə qalib gəlmişdi. Bundan 5 gün sonra isə portuqaliyalı Arif Əsədovun çalışdırdığı yığmamızın Kiprlə 1:1-lik heç-heçəsində də fit sahibi olmuşdu.

Xəbər 927 dəfə oxundu.