Radamel Falkaodan açıqlama gəldi
Futbolçu haqqında dolaşan xəbərlər barədə danışdı

Radamel Falkao “Monako”dan ayrılmaq istədiyinə dair mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

“Monako”nun “Ateltiko”dan heyətinə qatdığı kolumbiyalı futbolçu haqqında çıxan xəbərləri təkzib edib və ayırılıq iddialarının tamamilə əsassız olduğunu bildirib:

“Haqqımda dolaşan xəbərlər tamamilə əsassızdı. Mən “Monako”da çox xoşbəxtəm. Burdayam və bu komandaya güvənirəm. Belə dedi-qodular hardan çıxır, bilmirəm”.

Qeyd edək ki, Falkaonun Fransadakı yüksək vergilərdən şikayətçi olduğu, rəhbərliyin onu aldatdığı və bu səbəbdən “Monako”nu tərk etmək istəməsi haqqında mətbuatda xəbərlər çıxmışdı.

Xəbər 865 dəfə oxundu.