“Qarabağ” ciddi itki ilə üzləşdi
Avropa Liqasının pley-off mərhələsində avqustun 22-də “Ayntraxt”la qarşılaşacaq “Qarabağ” oyun ərəfəsində ciddi itki ilə üzləşib. Ağdam klubunun Avroliqadakı uğurlarının əsas səbəbkarlarından olan Reynaldo Silva böyük ehtimalla Frankfurt təmsilçisi ilə matçı buraxmalı olacaq.

“Qarabağ”ın meneceri Asif Əsgərov Qol.Az-a açıqlamasında məlumatı təsdiqləyib. “Braziliyalı futbolçumuzun əzələsində problem var. Qarşıdakı üç gündə onu matça hazırlamaq çətin olacaq” – deyə o qeyd edib.

Reynaldo Silva bu mövsüm Avropa Liqasında dörd qol vuraraq yarışların 10 ən yaxşı bombardirləri siyahında yer alıb.

O, dünən Topaz Premyer Liqanın üçüncü turunda “Xəzər Lənkəran”la matçda zədə alıb. Baş məşqçi Qurban Qurbanov hər üç əvəzetmədən istifadə etdiyindən matçın sonlarına yaxın Reynaldonu meydandan çıxarmaq məcburiyyətində qalıb. Bu səbəbdən komanda oyunu on nəfərlə tamamlayıb.

Xəbər 909 dəfə oxundu.