"Ayntraxt" yeni hücumçu aldı
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” hücumçu transfer edib.

Bundesliqa təmsilçisini Çexiyanın "Sparta" klubunun futbolçusu Vatslav Kadlesti heyətinə qatıb. Onunla dörd illik müqavilə imzalanıb.

Almaniya mətbuatı transferin 3.2 milyon avroya başa gəldiyini yazıb.

Qeyd edək ki, 21 yaşlı hücumçu Çexiyanın əsas yığmasında iki oyunda forma geyib və bir qol vurub.

Xəbər 980 dəfə oxundu.