Real" Beyl transferində son nöqtəni qoydu
Karlo Ançelotti: "Başqa transferə ehtiyacımız yoxdur”

Uzun müddətdir Qaret Beyli transfer etmək üçün dəridən-qabıqdan çıxan “Real” bu keçiddən imtina edib.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti əlavə oyunçuya ehtiyacları olmadığını açıqlayıb:

“Heyətdən məmnunam. Başqa transferə ehtiyacımız yoxdur”.
Ançelottinin bu açıqlaması ispanların Beyldən imtina etmələri anlamına gəlir.

Qeyd edək ki, “Tottenhem”in prezidenti Daniel Levi Beylin transferi üçün 98 milyon funt-sterlinq tələb edib ki, bu da “Real”ı geri çəkilməyə vadar edib.

Xəbər 902 dəfə oxundu.