Mourinyo: "Kubok qazanmasam, "Çelsi"dən gedəcəm"
"Çelsi"nin çalışdırıcısı Joze Mourinyo məşqçi karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

Portuqaliyalı mütəxəssis Britaniya mətbuatına verdiyi müsahibəsində London klubunda kubok qazanmayacağı halda istefa verəcəyini deyib: "Mən bir komandada kubok qazanmadan üç-dörd il qala biləcək bir insan deyiləm. Klubum mənə "səndən razı deyilik, sagol" deməyinə ehtiyac yoxdur. Kubok qazanmasam, özüm istefa verərəm. Ondan sonra isə başqa klubla çalışaram".

Mourinyo bildirib ki, komandasının kuboklar qazanacağına inanır.
Təcrübəli mütəxəssis hazırda özünü Premyer Liqadan başqa, digər liqalarda görmədiyini vurğulayıb: "İlk vaxtlar məşqçi olarkən digər futbol ölkələrinə gedərək təcrübə yığmaq istəyirdim. Ancaq indi özümü İspaniya və İtaliyada görmürəm. Çünki "Çelsi"də olmaqdan məmnunam".

Xəbər 846 dəfə oxundu.