Hokkeyçilərimiz 2-ci diviziona qalib kimi adladılar

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatı 3-cü divizionunda ugur qazanıb. «A» qrupunda yer alan yığmamız ilk turda Xorvatiya yığmasını 6:2 hesabı ilə məğlub edib. İkinci oyunda İtaliya hokkeyçiləri ilə qarşılaşan komandamızın görüşü 2:2-lik heç-heçə ilə nəticələnib. Millimiz qrup lideri kimi, pley-off mərhələsinə vəsiqə qazanıb.


Komandamız pley-off mərhələsində ilk oyununu Cəbəllütariq komandasına qarşı keçirib. Fasiləyədək 2:0 hesabı ilə irəlidə olan millilərimiz prinsipial yarımfinal görüşünün ikinci yarısında da rəqibindən üstün hokkey nümayiş etdirərək, yekunda 4:2 hesablı qələbə əldə ediblər. Digər yarımfinal cütündə italiyalılar İsveçrə təmsilçilərini 3:2 hesabıyla məğlub ediblər. Beləliklə, neçə illərin istəyi nəhayət ki, reallaşıb. Ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət milli komandası 2013-cü ildə iki ildən bir keçirilən Avropa çempionatının 2-ci səkkizliyində yarışacaq.
Katanyadakı turnirin finalına gəldikdə, İtaliya yığması ilə oyun rəmzi xarakterdən başqa heç bir prinsipiallıq daşımırdı. Maqraqlıdır ki, 2005-ci ildə Bakıda qadın otüstü hokkeyçilər arasında keçirilən Avropa çempionatında da bu ölkələrin milli komandaları II divizyondan "elita"ya vəsiqə qazanmışdılar. O zaman bu rəqiblərin final görüşündə meydan sahibləri - Azərbaycan hokkeyçiləri minimal hesabla qalib gəlmişdilər. Ancaq bu dəfə ssenari təkrarlanmadı. Kişi hokkeyçilərin final qarşılaşmasında meydan sahibləri deyil, Azərbaycan hokkeyçiləri qələbə qazandılar. Final görüşünün əsas vaxtı, ilkin qrup mərhələsimdə olduğu kimi, 2:2 hesabı ilə heç-heçə başa çatdığından, qalibi aşkar etmək üçün əlavə vaxtdan istifadə olundu. Həmyerlilərimiz əlavə vaxtın 5-ci dəqiqəsində standart cərimə zərbəsindən "qızıl qol" vuraraq, 3:2 hesablı qələbə ilə Avropa çempionatının 3-cü divizionunda baş mükafa sahib oldular.

Xəbər 1291 dəfə oxundu.