"Xəzər Lənkəran" "Neftçi"nin məkanında məşq etdi
Dünən Lənkəranda keçirdiyi hazırlığı başa vurub Bakıya yola düşən “Xəzər Lənkəran” bu gün “Baksell Arena”da ilk məşqinə çıxdı.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz premyer liqasının III turunda “Qarabağ”ın qonağı olacaq komanda səhər saatlarında baş tutan hazırlığı saat yarım davam etdi. Millimizin Malta ilə qarşılaşması səbəbindən Azərbaycan millisinin düşərgəsində olan futbolçularımızın da qatıldığı məşqdə taktiki çalışmalar yerinə yetirildi. Sabah isə “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxacaq.

Xəbər 1016 dəfə oxundu.