“Qarabağ” daha bir transfer edir
Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” daha bir transfer gerçəkləşdirməyə hazırlaşır. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun istəyi ilə komandaya Cənubi Amerikadan yeni futbolçu gətiriləcək.

Qeyd edək ki, “Qarabağ”ın Cənubi Amerikadan futbolçu gətirmək istəməsi təsadüfi deyil. Məsələ burasındadır ki, Almeyda, Reynaldo Silva və Cumbinyo kimi “Qarabağ” ın uğurlu transferləri məhz Cənubi Amerikanı, konkret olaraq, Brazilyanı təmsil edir. Qurban Qurbanovun növbəti transfer üçün yenə ora üz tutmasında bu amilin böyük rolu var.

Hələlik “Qarabağ”ın yeni transferinin hansı ölkəni təmsil etməsi bəlli deyil. Amma onun yarımmüdafiəçi olduğu dəqiqdir.

Xəbər 878 dəfə oxundu.