"Qalatasaray"dan Fatih Terimə yeni təklif
"Qalatasaray" klubunun prezidenti Ünal Aysal komandanın baş məşqçisi Fatih Terimlə müqaviləni yeniləməyə hazırlaşır.

Klub sözləşməsi 2014-cü ildə bitəcək təcrübəli mütəxəssisə yeni müqavilə təklif edəcək.

Yanvar ayı üçün planlaşdırılan müqavilənin müddəti isə iki illik olacaq.

Qeyd edək ki, Terim 2011-ci ildə "Qalatasaray"la üç illik müqavilə imzalayıb. O, 1996-2000 və 2002-2004-cü illərdə də "Cim Bom"u çalışdırıb.

Xəbər 837 dəfə oxundu.