"Arsenal" üçün növbəti bəd xəbər
Çempionlar liqasının pley-off mərhələsində İstanbulun "Fənərbaxça" klubu ilə qarşılaşacaq London "Arsenal"ının daha bir futbolçusu zədələnib.

"Topçular"ın ispaniyalı yarımmüdafiəçisi Mikel Arteta bud sümüyündən aldığı zədə səbəbindən böyük ehtimalla bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, futbolçu "Fənərbaxça"ya qarşı hər iki oyunu buraxmalı olacaq.

Xatırladaq ki, bundan öncə İngiltərə mətbuatı "Arsenal"ın digər futbolçusu Teo Uolkottun da biləyindən aldığı zədə səbəbindən "sarı bülbüllər"ə qarşı keçiriləcək ilk oyunu buraxacağını bildirmişdi. Bundan əlavə, Vermalen, Monreal, Remsi, Diabi və yeni transfer Sanoqo da pley-off oyunlarında londonlulara kömək edə bilməyəcək.

Xəbər 914 dəfə oxundu.