Bir qızıl, 2 bürünc

Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə kişi və qadınlar arasında Avropa kubokuna yekun vurulub. 2 gün davam edən yarışı Azərbaycan millisi 1 qızıl və 2 bürünc medalla başa vurub. Fərhad Məmmədovun rəhbərliyi ilə çıxış edən cüdoçularımızdan Orxan Səfərov (60 kq) bütün rəqiblərini məğlub edib. Samir Dadaşzadə (66 kq) və Rüstəm Alimli (81 kq) isə bürünc medala layiq görülüblər .


Xəbər 1091 dəfə oxundu.