"Barsa"nın David Luiz israrı davam edir
"Çelsi" rəhbərliyi agenti vasitəsilə "Barselona"ya keçmək istədiyini bildirən David Luizin qiymətini qaldırmaqda davam edir.

"Kataloniyalı"lar 30 milyon avroluq təklif rədd edildiyinə görə bu dəfə 35 milyon avro təklif etsələr də, London təmsilçisi David Luizi yalnız 50 milyon avro qarşılığında "Barsa"ya buraxacağını bildirib.

26 yaşlı braziliyalının özünün də "Barselona"ya keçməkdə maraqlı olduğunu nəzərə alsaq klublar arasında danışıqların davam edəcəyi istisna deyil.

Xəbər 849 dəfə oxundu.