Yığmamız Estoniyaya məğlub oldu
Tallinn şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 3:2 hesabı ilə estoniyalı futbolçuların xeyrinə yekunlaşıb.

Yığmamızın qollarını Elnur Cəfərov və Şahban Cəbrayılov vurub.

Xəbər 857 dəfə oxundu.