İlkay Gündoğan sıradan çıxdı
"Borussiya"nın (Dortmund) türkəsilli futbolçusu İlkay Gündoğan ən azı iki həftə yaşıl meydanlardan uzaqda qalacaq.

Yarımmüdafiəçi Almaniya millisinin Paraqvayla oyununda (3:3)zədələnib. Bu isə futbolçunun ən azı iki həftə oynamamasına səbəb olub.

Bununla da İlkayın Bundesliqada "Ayntraxt" (Braunşveyq) və Verder Bremen"lə qarşılaşmalarda iştirak edə bilməyəcəyi dəqiqləşib.

Xəbər 847 dəfə oxundu.