Toşak dünənki məşqi niyə təxirə salıb?
“Xəzər Lənkəran”ın dünən axşam saatlarına təyin olunmuş məşqinin təxirə salınmasının səbəbi məlum olub. Məsələ burasındadır ki, Toşak həmin gün səhər məşqində komandanı çox yükləyib. Futbolçulardan axşam məşqində istədiyini ala bilməyəcəyini hiss edən Toşak axşam məşqini bu səbəbdən təxirə salıb.

Qeyd edək ki, hesabat turunda “Qarabağ”la üz-üzə gələcək “Xəzər Lənkəran” bu gün Bakıya gəlib.

Xəbər 907 dəfə oxundu.