Cavid Hüseynov “Lokomotiv”ə qol vurdu
"Rəvan" ilə oyuna hazırlaşan “Bakı” yoldaşlıq oyununda "Lokomotiv" üzərində 1:0 hesablı qələbə qazandı. Oyunda yeganə qolu birinci divizion komandasının qapısından Cavid Hüseynov keçirib. Baş məşqçi Milinko Pantiç start heyətində Aqil Məmmədov, Yure Trauner, Vüqar Bəybalayev, Georgias Pelageas, Elvin Əliyev, Rəhman Hacıyev, Cavid Hüseynov, Junior, Vuqar Mustafayev, Marius Pena, Aleksandar Şoliçə etimad göstərib. Qeyd edək ki, “Bakı” Premyer Liqanın ilk iki turunda qələbə qazana bilməyib.

Xəbər 864 dəfə oxundu.