Mourinyo: “Eto’onun “Çelsi”yə gəlməsi yaxşı olar”
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandasına transfer olunacağı iddia edilən "Anji"nin futbolçusu Samuel Eto’o haqda danışıb.

Mourinyo "BT Sport"a müsahibəsində onunla yenidən çalışmaq istədiyini söyləyən kamerunlu hücumçunun bu fikirlərinə sevindiyini deyib: "Eto’onun "Çelsi"yə gəlmək istəməsindən məmnunam".

Mourinyo bildirib ki, keçmiş oyunçusunun London klubuna transfer olunması çox yaxşı olar: "Nələrin olacağını görəcəyik. Amma onun açıqlamalarında sonra sevindiyim dəqiqdir" - deyə o qeyd edib.

Xəbər 1253 dəfə oxundu.