Kanalesin yeni klubu məlum oldu
Ötən mövsüm "Neftçi"nin heyətində Topaz Premyer Liqanın bombardiri olan Nikolas Kanalesin yeni klubu müəyyənləşib.

Çilili hücumçu ölkəsinin "Kolo-kolo" komandası ilə bir illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Kanales ötən mövsüm Topaz Premyer Liqada 31 oyuna 26 qol vurmuşdu.

Xəbər 873 dəfə oxundu.