"Monako" Musleranı istəyir
İki illik fasilədən sonra yenidən əsas liqaya yüksələn Fransanın "Monako" klubu daha bir futbolçunu transfer etmək istəyir.

Bu yay transferə ən çox pul xərcləyən klub ində də "Qalatasaray"ın qapıçısı Fernando Musleranı komandaya gətirmək niyyətindədir.

Bunun üçün artıq "Monako"nun uruqvaylı qolkiperin meneceri ilə görüşdüyü bildirilib. Klubun futbolçu üçün 16 milyon avroluq təklif etdiyi iddia edilir.

"Qalatasaray"la 2016-ci ilə qədər müqaviləsi olan Muslera üçün gələn təklifə İstanbul klubunun cavabı maraqla gözlənilir.

Xəbər 945 dəfə oxundu.