Türkiyə millisinin oyununa 2 min azarkeş gəldi
Türkiyə milli komandasının Qana ilə hazırlıq matçı çox az futbolsevərlər tərəfindən izlənilib.

Son altı matçda qələbə qazana bilməyən qardaş ölkənin oyunu 76 min azarkeş tutumu olan "Atatürk Olimpiyad stadionu"nda baş tutub. Ancaq bu qarşılaşmanı dəvətlilərlə birgə cəmi 2 min azarkeş stadiondan izləyib.

Qeyd edək ki, Türkiyə - Qana matçı 2:2 hesabı ilə başa çatıb.

Xəbər 873 dəfə oxundu.