Daha iki liqa yaradıldı
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda bir neçə məsələ müzakirə olunub və qərarlar qəbul edib.

Komitə iki yeni liqanın yaradılmasına qərar verib. Belə ki, bu mövsümdən etibarən U-12 və U-19 liqaları keçiriləcək.
Qeyd edək ki, indiyədək AFFA U-11, U-13, U-15, U-16 və U-17 liqaları keçirirdi. Həmçinin qızlar arasında U-15 və U-17 liqaları təşkil olunur.

Xəbər 1067 dəfə oxundu.