Ronaldinyo daha bir türk klubunun hədəfində
Bu yay Florent Maluda və Bosinqva kimi məşhur futbolçuları transfer edən "Trabzonspor" klubu daha bir ulduz oyunçunu heyətinə qatmağa hazırlaşır.

Komanda bu dəfə "Atletiko Mineyro"nun futbolçusu Ronaldinyonu komandaya gətirmək istəyir.

"Beşiktaş"ın da maraq dairəsində olan braziliyalı futbolçu üçün Trabzon təmsilçisinin hətta danışıqlara da başladığı iddia edilir.

Sponsporların köməyi ilə Türkiyə klubunun Ronaldinyonun transfer məbləğində heç bir problem yaşamayacağı bildirilir.

Xəbər 898 dəfə oxundu.