Suarez qərarını dəyişdi
"Liverpul"un futbolçusu Luiz Suarez gələcək karyerası ilə bağlı qərarını dəyişib.

Uruqvayın Yaponiya ilə oynayacağı yoldaşlıq görüşü üçün öz ölkəsinə gedən hücumçu "El Observador"a müsahibəsində "Liverpul"da qalacağını deyib.

Əvvəlcə klubdan ayrılmaq istədiyin deyən Suarezin qərarını dəyişməsinin səbəbini belə izah edib: "İnsanların mənə olan marağını nəzərə alaraq, komandada qalmağa qərar verdim".

Qeyd edək ki, uruqvaylı futbolçunu "Arsenal" transfer etmək istəyirdi.

Xəbər 936 dəfə oxundu.