Davut Kərimi Türkiyədə
Türkiyəyə azərbaycanlı futbolçuların axını davam edir. Bu dəfə qardaş ölkənin PTT 1-ci Liqasında çıxış edən “Fethiyespor” azərbaycanlı qapıçı Davud Kərimini transfer edib.

29 yaşlı qolkiperlə 2 illik rəsmi müqavilə imzalanıb. Davud Kərimi “Rəvan”dan ayrıldıqdan sonra birinci divizion təmsilçisi “Neftçala”da çıxış etmişdi.

Xəbər 1121 dəfə oxundu.