Messi millidən uzaqlaşdırıldı
“Barselona”nın ulduz futbolçusu Lionerl Messi sıradan çıxıb. Argentinalı forvard millisinin İtaliya ilə oynayacağı yoldaşlıq görüşünün heyətindən çıxarılıb. “Bəstəboy” hücumçunun əzələsində problemlər var.

Kataloniya klubunun futbolçusunun hansı müddətə yaşıl meydanlara qayıdacağı sual altında olsa da, “Barsa” həkimləri onu “Levante” ilə oyuna kimi yetişdirmək istəyir.

Qeyd edək ki, “Barselona”nın “Levante” ilə oyunu bazar günü keçiriləcək.

Xəbər 913 dəfə oxundu.