Messi Roma papasına ağac hədiyyə etdi
Roma papası Fransisk Vatikan sarayında Argentina və İtaliya millisinin futbolçularını qəbul edib.

Lionel Messi papanın şərəfinə təşkil edilən yoldaşlıq oyununda zədə səbəbindən iştirak edə bilməsə də, papanın dəvət etdiyi oyunçular arasında yer alıb.

"Barselona"lı ulduz Roma papasına zeytun ağacı da hədiyyə edib.
Papa Fransisk isə hansı ölkəyə azarkeşlik etdiyini bilmədiyini deyib. O, həmçinin futbolçulara məsləhətlər də verib: "Siz hər kəs tərəfindən izlənirsiniz və çox məşhursunuz. Sizə baxanlara örnək olursunuz. Hərəkətlərinizə sadəcə meydanda deyil, meydandan kənarda da diqqət etməmiz".

Qeyd edək ki, Argentina - İtaliya matçı bu gün baş tutacaq

Xəbər 968 dəfə oxundu.