Kaka: "Dünya çempionatında oynamaq istəyirəm"
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kaka yeni mövsümdəki hədəfləri haqda danışıb.

Yeni mövsümdə əsas heyətdə möhkəmlənmək istədiyini bildirən braziliyalı futbolçu yenidən milli komandada oynamağı arzuladığını da gizlətməyib:

"Bu mövsümdə əsas məqsədim "Real"ın əsas heyətində möhkəmlənməkdir. Stabil çıxış etmək istəyirəm. Əgər klubumda işlərim yolunda getsə, yenidən milli komandaya dəvət alaram. Dünya çempionatında oynamaq istəyirəm. Ançelotti çox açıq məşqçidir. Onunla işlədiyimə görə çox şadam. La Liqa və Çempionlar Liqası "Real" üçün vacib turnirlərdir. Bu turnirdə uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Xəbər 1156 dəfə oxundu.