“Monako”nun cəzası ləğv olundu
Fransa Futbol Federasiyasının bu mövsüm yenidən əsas liqada oynayan "Monako"ya verdiyi cəza ləğv edilib.

Klub may ayında "Le Mans"la matçda azarkeşlərinin etdiyi hərəkətlər səbəbindən yeni mövsümdə 2 xalı silinmiş və bir oyun azarkeşiz oynamaqla cəzalandırılmışdı.

Bu qərarın ardından apelyasiya şikayəti verən "Monako"nun etirazı qəbul olunub və cəza ləğv olunub.

Qeyd edək ki, sözügedən qarşılaşmada azarkeşlər meydana daxil olmuş və onlardan biri hakimə fiziki təzyiq etmişdi.

Xəbər 856 dəfə oxundu.