"İnter"-in yeni transferi
"Anji" klubunun futbolçusu Samuel Etonun "İtaliya"nın "İnter" komandasına keçidi iddia olunub.Bu barədə məlumatı məşhur La Gazzette dello Sport nəşri verib. Futbolçu artıq italiyanlarla 3 illik müqavilə bağlamaq ərəfəsindədir.

Qeyd edək ki, "Anji" kamerunlu futbolçunu heç bir haqq tələb etmədən sərbəst buraxacaq. Amma, "İnter"ə bu keçid baha başa gələ bilər. Çünki, Etonun transferi ilə "Çelsi" də maraqlıdır.

Xəbər 879 dəfə oxundu.